İngiltərə parlamentindən inanılmaz QƏRAR

İngiltərə parlamentindən inanılmaz QƏRAR

İngiltərə Parlamentində Suriyaya xarici qüvvələrin müdaxiləsi ilə bağlı keçirilən səsvermə gözlənilməz qərarla yekunlaşıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, səsvermə zamanı 272 səs məsələnin leyhinə, 285 səs isə əleyhinə olub. Bununla da İngiltərənin Suriyaya müdaxilə etməsi Parlament tərəfindən rədd edilib.

Lakin sonradan keçirilən səsvermənin yekun qərar olmadığı bildirilib. Qeyd olunub ki, müdaxilə ilə bağlı son qərar ikinci səsvermədən sonra müəyyən olunacaq. İkinci səsvermə zamanı əldə olunan nəticənin isə BMT-nin Suriya ilə bağlı hazırladığı "Sınaq hesabat"ından sonra müəyyən olunacağı bildirilib.

Qeyd edək ki, Parlament hələ ki, ikinci səsvermənin vaxtını elan etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə