Altı üzv ölkədən ibarət olan Körfəz Əməkdaşlıq Şurası hökumətlərinin verdiyi ortaq qərara əsasən, turistlərin tək viza ilə bütün üzv ölkələrə daxil olaması mümkün olacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bəzi texniki maneələr aşıldıqdan sonra Avropada mövcud olan Şengen vizası kimi Körfəz bölgəsində də ortaq viza sisteminə önümüzdəki ilin ortalarından keçiriləcək.
Səlahiyyətlilər, tək girişli vizanın bir ay, çox girişli vizanın isə bir il qüvvədə olacağı haqda məlumat verib.
Qeyd edək ki, 1981-ci ildə əsası qoyulan Körfəz Əməkdaşlıq Şurasının nəzninə Birləşmiş Ərəb Əmirlikləri, Bahreyn, Səudiyyə Ərəbistanı, Küveyt, Qatar və Oman ölkələri daxildir. Sözügedən ölkə vətəndaşları digər bir Körfəz ölkəsinə şəxsiyyət kartını göstərərək daxil ola bilirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB