Misir 30 avqust nümayişlərinə hazırlaşır

Misir 30 avqust nümayişlərinə hazırlaşır

Misirin bir çox şəhərlərində ordunun hakimiyyəti ələ keçirməsinə etiraz edənlər xalqı 30 avqustda təşkil ediləcək genişmiqyaslı nümayişlərə səsləyib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, paytaxt Qahirənin Halva, Ez-Zeytun və Nəsr səmtlərində başlanan çağırışlar Qiza şəhərinin October səmtində sona çatıb.

Süveyş şəhərinin Es-Sabah bölgəsində toplaşan nümayişçilər isə siyasi məhbusların sərbəst buraxılmasını və Misirdə meydana gələn son hadisələrdə ölənlərin qisasının alınmasını tələb ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə