Rabia işarəsi Avropanın uca zirvəsində

Rabia işarəsi Avropanın uca zirvəsində

Türkiyə və Avropanın ən yüksək nöqtəsi olan, hündürlüyü 5137 metrə çatan Ağrı dağının zirvəsinə çıxan alpinistlər orada Rabia işarəsini nümayiş etdiriblər. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, "Gümüşhanəli" alpnistlərdən ibarət olan dəstə dağın zirvəsində, bütün İslam aləmində baş verən müharibələrdə və qiyamlarda zərər çəkən müsəlmanalara dua ediblər. Din xadimi tərəfindən əvvəlcə ərəbcə, daha sonra Türkcə oxunan duanın ardından alpinistlər Rabia işarəsini göstəriblər. Onlar sözügedən işarəni göstərərək bununla Misirdə baş verənlərə öz münasibətlərini bildirmək istədiklərini deyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə