Suriya Dövlət Başçısı Bəşər Əsədin, ailə üzvləri və bir sıra hökumət nümayəndələri ilə Tehrana getdiyi iddiası gündəmə gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbrə görə, bu barədə Misirin Əl-Nahar televiziyası məlumat verib. Televiziya kanalı Əsədin dünən axşam İranın paytaxtı Tehrana sürpriz bir ziyarət reallaşdırdığı xəbərini yayımlayıb.
İran dövlət televiziyası isə İran Xarici İşlər Nazirliyində çalışan bir səlahiyyətlinin verdiyi məlumata əsaslanaraq, Əsədin təyyarəsinin Tehrandakı Beynəlxalq İmam Xomeyni Hava Limanına endirdiyi barədə fikir irəli sürüb.
Mövzuyla əlaqədar şərh bildirən İsrailin Yedioth Ahronoth qəzeti isə Əsədin Tehrana gəlməsində Birləşmiş Millətlər Təşkilatının (BMT) böyük rolu ola biləcəyini ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB