İran XİN: "Müharibənin fəsadları təkcə Suriyaya deyil, həmçinin bölgəyə təsir edəcək"

İran XİN: "Müharibənin fəsadları təkcə Suriyaya deyil, həmçinin bölgəyə təsir edəcək"

Kimyəvi silahdan istifadə etdiyinə görə, Suriyada hərbi əməliyyatların aparılması ehtimalının güclənməsi İranı ciddi şəkildə narahat edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, təşkil olunmuş mətbuat konfransında çıxış edən İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Abbas Əraqçı Suriyaya hərbi hücumla bağlı ciddi şəkildə xəbərdarlıq etmək istədiklərini bildirib: "Əgər belə bir hərbi əməliyyat baş tutarsa, bu təkcə Suriya ilə kifayətlənməz, bütün regiona yayılar. Müharibənin fəsadları tək Suriyaya deyil, həmçinin bölgəyə təsir edəcək. Eyni zamanda, onu da qeyd etmək istəyirəm ki, Suriyada kimyəvi silahdan istifadə iddiası bu ölkəyə qarşı hərbi əməliyyatlara başlamaq üçün sadəcə bir bəhanədir".

Qeyd edək ki, mətbuat katibi çıxışı zamanı İranın Suriya ilə bağlı keçiriləcək Cenevrə konfransında iştirak etməkdə israrlı olduğunu da dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə