"Fernand" fırtınası 13 nəfərin ölümünə səbəb olub

"Fernand" fırtınası 13 nəfərin ölümünə səbəb olub

"Fernand" fırtınası Meksikanı cənginə alıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, fırtına nəticəsində yağan şiddətli yağışlar torpaq sürüşməsini intensivləşdirib.

Səlahiyyətlilər ölkənin şərqində yerləşən Veracruz ştatında fırtınanın 4 evi uçurduğunu və nəticədə 9 nəfərin öldüyünü bildirib. Ştat qubernatoru Javier Duarte isə Tuxpan şəhərində 3 və Atzalan şəhərində 1 nəfərin uçqunlar altında qaldığını deyib.

Qeyd edək ki, bu gün səhər saatlarında edilən fırtına xəbərdarlığı ilə əlaqədar yüzlərlə insan məktəb və digər ictimai binalarda yerləşdirilib. 4 ştatda elektrik enerjisi təhcizatı dayandırılıb, torpaq sürüşmələrinə görə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Hazırda fırtına saatda 15 kilometr sürətlə ölkənin şimal-qərbinə doğru hərəkət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə