ABŞ və Rusiya diplomatlarının görüşü alınmadı

ABŞ və Rusiya diplomatlarının görüşü alınmadı

Suriya böhranına siyasi həll tapmaq məqsədilə ABŞ və Rusiya arasında keçiriləcək yığıncaq ləğv edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Xarici İşlər üzrə müşaviri Wendy Sherman və Dəməşqdəki səfiri Robert Fordun məlumat verib. Onların sözlərinə görə, iclasın ləğv olunmasına səbəb, ABŞ-ın Suriyada kimyəvi silahdan istifadə edilməsi mövzusunda qiymətləndirmə işlərinin davam etməsi olub.

Qeyd edək ki, səlahiyyətlilər ləğv olunmuş toplantının qarşıdan gələn növbədi ayda baş tutacağı haqqda da məlumat veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə