Əsəd ABŞ-ı və Qərbi SİLKƏLƏDİ

Əsəd ABŞ-ı və Qərbi SİLKƏLƏDİ

Suriya prezidenti Bəşər Əsəd ABŞ, İngiltərə və Fransanın ona qarşı ittihamlarına sərt cavab verib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Əsəd Rusiyanın məhşur "İzvestia" qəzetinə müsahibəsində bildirib ki, ölkə rəhbərinin silahlı qüvvələrin olduğu bölgəyə kimyəvi silah yağdırması iddiası gülüncdür: "Xüsusilə qeyd etmək istəyirəm ki, kimyəvi silahdan istifadə edənlər biz yox, başqa bir qüvvədir".

Kimyəvi silah iddialarının tamamilə siyasi oyun olduğunu deyən Əsəd bildirib ki, ABŞ Suriya ordusunu terrorist kimi qələmə vermək istəyir: "ABŞ rəhbərliyinin ittihamlarla dolu fikirlər səsləndirməsi son dərəcə qürurlu bir qadının ifşa olunmaması üçün göstərdiyi çırpınışlara bənzəyir. ABŞ bizə qarşı hərbi əməliyyatlara başlasa, bu günə qədər Vyetnamda keçirdiyi əməliyyatlarda uğursuz olduğu kimi, Suriyada da məğlubiyyətə uğrayacaq".

Ölkə lideri jurnalistin Qərbin Suriyaya müdaxiləsilə bağlı səsləndirdiyi suala da sərt cavab verib: "Qərb liderləri digər ölkələrin işlərinə qarışmaqdan əl çəkməlidirlər. Əgər bəzilərinin Suriyanı Qərbin oyuncağına çevirmək kimi fikirləri varsa, onlar buna müvəffəq ola bilməyəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə