Fransa Daxili İşlər naziri: "İslama yönəlmiş təxribat, Fransa xalqına yönəlmişdir"
Fransanın daxili işlər naziri Manuel Valls ölkədə son dövrdə çoxalmaqda olan İslam əleyhdarlarının hərəkətlərini tənqid edib. SİA-nın xaici mətbuata istinadən verdiyi xəbərə görə, o, açıqlamasında məscidlərə edilən hücumları respublikaya qarşı edilmiş terror kimi qiymətləndirib.
Sosialist Partiyanın ənənəvi olaraq təşkil etdiyi yay universitetində geniş məruzə söyləyən nazir ölkə ərazisində İslama və müsəlmanlara qarşı edilən təcavüz və terrora xitam verilməsi üçün əlindən gələni edəcəyini bildirib. "Küçədə gedən hər hansısa bir hicablı qadına və ya məscidə edilən hücum, ümumilikdə Fransa xalqına yönəlmişdir. Mən İslama qarşı çıxış edənlərə demək istəyirəm ki, İslam demokratiyaya zidd deyil, əksinə, demokratiyaya tamamilə uyğundur."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB