Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ilə Livanın Baş naziri Nəcib Mikati arasında telefon söhbəti olub. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, görüşdə Livanda qaçırılan və 16 gündür ki, girov saxlanılan iki türk pilotu xilas etməyə yönəlik məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bununla belə Ərdoğan pilotların ən qısa müddətdə, sağ-salamat azadlığa qovuşmalarının Türkiyə üçün çox vacib olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB