ABŞ-da, Misir və Suriya vətəndaşları, ölkələrində mövcud olan rəhbərliklərin törətdikləri qırğınlara etiraz etmək üçün ortaq nümayiş təşkil ediblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, cümə namazından sonra New Yorkda yerləşən, Misir səfirliyinin qarşısında toplanan nümayişçilər, Sisi və Əsədin tətbiq etdiyi şiddəti tənqid edən şüarlar səsləndiriblər.
Əksəriyyəti qadın və uşaqlardan ibarət olan nümayişçilər, "Sisi gedəcək, Mursi geri gələcək'", " Obama, etdiyindən utan!", "Sisi zalım, Əsəd qatil" kimi şüarları dilə gətirəriblər.
Etiraz aksiyası zamanın oraya toplaşanların, türk bayraqlarını və baş nazir Rəcəb Tayyib Ərdoğanı dəstəklədiklərini ifadə edən plakatları nümayiş etdirmələri də diqqəti çəkən məqamlardan olub.
Qeyd edək ki, Manhattanın 2-ci Prospekt 44-Küçəsindəki Misir səfirliyi qarşısında təşkil edilən aksiyanın ardına etirazçılar, Ağ Ev qarşısında ediləcək böyük mitinqə qatılmaq üçün paytaxt Vaşinqtona hərəkət ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB