Parisdə etiraz aksiyası keçirildi

Parisdə etiraz aksiyası keçirildi

Fransanın paytaxtı Parisdə, Misirdə baş verən qətliamı törədənlərə qarşı etiraz aksiyası keçirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Parisin Trocadero Meydanında toplaşan nümayişçilər, əllərində Misir bayrağını və Mursinin fotoşəkillərini dalğalandıraraq, Rabia işarəsini göstərəriblər. Aksiya zamanı, onlar Fransız və Ərəb dillərində "Qatil Sisi", "Diktator Sisi", "Prezident Mursi" kimi şüarlar səsləndiriblər.

Məhəmməd Mursinin vəzifəsinə yenidən qaytarılmasını tələb edən nümayişçilər aksiyadan sonra heç bir insidentə rast gəlmədən hadisə yerindən dağılışıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə