Ötən gecə Suriyada Əsəd ordusunun müxaliflərə qarşı ağır silahlardan atəş açması nəticəsində aralarında qadın və uşaqların da olduğu 78 nəfər ölüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqqları Təşkilatı (SNHR) məlumat yayıb. Məlumata əsasən hərbi hava qüvvələrinin və quru qoşunlarının təşkil etdiyi hücumlarda paytaxt Dəməşqdə 22, İdlibdə 17, Hələbdə 15, Dera şəhərində 12, Həmasda 6, Həmada 3, Küneytrada 2 və Deyruz Çətin şəhərində 1 olmaqla 78 nəfər həlak olub.
Ölənlərdən 8-nin qadın və 8-nin isə uşaq olduğunu bildirən SNHR qeyd edib ki, ordunun müxaliflərin olmadıqları bölgələrə də hücumu zamanı çox sayda insan həlak olub.
Şamın Duma, Kadem, Qabıq, Dareya, Berzi, Müləyha və Müaddamiyə bölgələrinin raket hücumlarına məruz qaldığı barədə məlumat verən təşkilat hələ də paytaxtın Haresta, Yermuk, Kalemun Haresta və Arbi qəsəbələrində silahlılarla müxalifət arasında şiddətli qarşıdurmanımn davam etdiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB