Baş nazir: "İsrail Suriyada baş verənlərdən son dərəcə narahatdır"

Baş nazir: "İsrail Suriyada baş verənlərdən son dərəcə narahatdır"

"Dünyanın ən təhlükəli rejimlərinin təhlükəli silahlara sahib olmasına icazə verə bilmərik". SİA xarici mətbuata istinadən xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahu Suriyada Əsəd rejiminin kimyəvi silahlardan istifadə etməsi məsələsinə münasibət bildirərkən belə deyib. Onun sözlərinə görə, İsrail günahsız vətəndaşlara qarşı kimyəvi silahlardan istifadə edilməsindən son dərəcə narahatdır: "Bəşər Əsəd öz vətəndaşlarına qarşı tətbiq etdiyi kimyəvi silahlarla törətdiyi cinayətlərə daha birini əlavə edib".

Suriyanın İranın "tamaşa" səhnəsinə çevrildiyini deyən baş nazir bildirib ki, hazırda İran təsiri altında olan Hizbullahın və Əsəd rejiminin suriyalılara qarşı etdiyi hücumlara və törətdiyi dəhşətə dünyanın necə reaksiya verəcəyini gözləyir: "Bu hadisələr bizə bir daha sübut etdi ki, dünyanın ən təhlükəli rejimlərinin təhlükəli silahlar istehsal etməsinə və sahib olmasına icazə verməməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə