Misirin keçmiş prezidenti Hüsnü Mübarək iki ildən çox saxlandığı həbsxanadan azad edilib. O, Qahirənin hərbi xəstəxanalarından birində ev dustağı olacaq.
Qeyd edək ki, 1981-2011-ci illər ərzində Misiri idarə etmiş 85 yaşlı siyasətçi 2011-ci ilin yanvar inqilabı zamanı nümayişçilərin gülləbaran edilməsində iştirakı barədə qəti hökm çıxarılanadək ev dustağı olacaq. Bu məhkəmə işi hələ bağlanmayıb, dinləmələr avqustun 25-də bərpa ediləcək.
Xatırladaq ki, H.Mübarəkə qarşı bir neçə bənd ittiham irəli sürülüb və 2012-ci ildə o, törətdiyi bütün cinayətlərə görə ömürlük həbs cəzasına məhkum edilib. Lakin Apellyasiya Məhkəməsi prosedur pozuntularla əlaqədar işə təkrar baxılması barədə tələbi yerinə yetirib.
H.Mübarək 2011-ci ilin fevralında dövlət çevrilişinə gətirib çıxarmış kütləvi etiraz aksiyalarından sonra istefa verib. O, təqribən 30 il – 1981-ci ilin oktyabrından 2011-ci ilin fevralınadək bu ərəb dövlətinə başçılıq edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB