İnsanlığın öldüyü gün! SURİYA

İnsanlığın öldüyü gün! SURİYA

Ötən gün Bəşər Əsəd ordusunun paytaxt Dəməşqə hücumu zamanı istifadə etdiyi kimyəvi silahların törətdiyi fəsadlar nəticəsində ölənlərin sayı 1350-yə qalxıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyatlar əsnasında paytaxtın Şərqi Quta bölgəsinə 6 tərəfdən hücum edilib. Kimyəvi silahlardan da istifadə olunan hücumlarda aralarında qadınlar və uşaqlar olmaqla, 1350 nəfər ölüb.

Bölgədəki fəallar isə hadisələrdə 3 800-dən çox insanın yaralandığını bildiriblər.

Qeyd edək ki, ilkin məlumatlarda kimyəvi silahlardan istifadə nəticəsində 430 nəfərin öldüyü, 3 min 600 nəfərin isə yaralandığı bildirilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə