London Suriyada yeni kimyəvi hücum haqqında məlumata görə, BMT-nin Təhlükəsizlik Şurasını çağırıb

London Suriyada yeni kimyəvi hücum haqqında məlumata görə, BMT-nin Təhlükəsizlik Şurasını çağırıb

Böyük Britaniya Dəməşq ətrafında kimyəvi silahın tətbiq edilməsi haqqında Suriya müxalifətinin yeni məlumatlarına əsasən, çərşənbə günü Təhlükəsizlik Şurasına çağırıb. Bu barədə ümumdünya təşkilatındakı diplomatik mənbələr məlumat veriblər.

"Böyük Britaniya Təhlükəsizlik Şurasına Dəməşq ətrafında kimyəvi silahın tətbiq edilməsi barədə məlumatlarla bağlı vəziyyəti müzakirə etmək üçün iclas çağırmaq üçün artıq müraciət edib. İclas bəlkə də, bu gün günün ikinci yarısında baş tutacaq," - mənbə bildirib.

Frans Press agentliyinin anonim diplomatlara istinadən məlumatına görə, ABŞ və Fransa da bununla bağlı Təhlükəsizlik Şurasının iclasını keçirməyə çağırır.

Bir sıra KİV-lər çərşənbə günü hüquq müdafiəçilərinə istinadən suriya hökumət qüvvələri Dəməşq ətrafında kimyəvi silahın geniş tətbiqi barədə məlumat verib. İlkin məlumatlara görə, hücum qurbanlarının sayı artıq 600 nəfəri keçib. Suriyanın milli müxalifət koalisiyası bildirir ki, ölənlərin sayı 1.3 min nəfərə çata bilər. Hakimiyyət və Suriyanın hərbi komandanlığı öz növbəsində, bu məlumatı inkar edir.

Məlumatlar BMT müfəttişlərinin Dəməşqə gəliş vaxtı ilə üst-üstə düşüb. Beynəlxalq nümayəndələr ölkədə bu cür silahların istifadə olunması barədə əvvəlki məlumatları yoxlamalıdır. Fransa nazirlər kabinetinin məlumatına görə, prezident Fransua Olland kimyəvi silahın istifadəsi haqqında son məlumatları araşdırma aparmaq tələbi ilə BMT-yə rəsmi müraciət etmək niyyətindədir.

Böyük Britaniya XİN-i öz növbəsində, Suriya hakimiyyətini BMT ekspertlərinə həmin rayona getmək icazəsini verilməsinə çağırıb. Reuters-in məlumatına görə, çərşənbə günü Paris və London araşdırma aparmaq xahişi ilə BMT-nin baş katibi Pan Gi Muna məktub göndərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə