Suriya Müxalif və İnqilabçı Qüvvələrin Milli Koalisiyası (SMDK) Bəşər Əsəd qüvvələrinin Dəməşqdə təşkil etdiyi hücumlarda kimyəvi silahlardan yayılan zəhərli qazların 1100 nəfərin ölümünə səbəb olduğunu açıqlayıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suriya Yerli Koordinasiya Komitəsi isə (LCC) hadisəni "qırğın" adlandırıb.
Məlumata əsasən, Əsəd ordusunun Məliyha, Cobar, Muaddamiyə, Əş Şam və Dərəyya şəhərlərinə kimyəvi silahlardan hücumları hələ də davam edir.
Qeyd edək ki, ilkin məlumatlarda kimyəvi silahlardan istifadə nəticəsində 430 nəfərin öldüyü, 3 min 600 nəfərin isə yaralandığı bildirilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB