Sürücülər narkotikdən istifadə edə bilməyəcək

Sürücülər narkotikdən istifadə edə bilməyəcək

İstanbulda yol polisləri bundan sonra alkoqol testi ilə yanaşı sürücülərin narkotikadan istifadə edib-etmədiyini də yoxlayacaq. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu məqsədlə Almaniyadan gətirilən elektron cihazlar polis şöbəsində keçirilən seminarda nümayiş olunub. Cihaz 9 dəqiqə ərzində sürücünün narkotik vasitədən istifadə edib-etməməsini təyin edə biləcək. Bununla yanaşı, yeni cihaz həmçinin, 19 müxtəlif narkotikanın növünü təyin edə bilir.

Əgər sürücüdə narkotik vasitənin qəbulu müəyyənləşsə o, 5 il müddətində sürücülükdən məhrum olunacaq və 3600 lirə (1800 manat) cərimə olunacaq. Bildirilir ki, artıq bu gündən etibarən sürücülərin yoxlanmasına başlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə