Çində 21 nəfər selin qurbanı oldu

Çində 21 nəfər selin qurbanı oldu

Çinin şimal-qərbindəki Çinghay əyalətində dünən axşam saatlarında başlayan leysan və dolu xarakterli yağışların yağması səbəbi ilə meydana gələn sel nəticəsində 21 nəfər həyatını itirib. SİA-nın xarici mətbuata istindaən verdiyi xəbərə görə, təbii fəlakət nəticəsində 7 nəfər yaralanıb, 3-ü isə itkin düşüb.

Əyalət rəsmilərinin verdiyi açıqlamaya görə, əraziyə gələn xilasedicilər itkin düşənlərin axtaşına çıxıblar.

Çinin cənubu və şimal-şərqində şiddətli yağan yağışdan sonra baş verən torpaq sürüşməsi nəticəsində keçən həftədən bu günə qədər ən azı 120 insan ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə