İraqda qan su yerinə axdı DƏHŞƏT

İraqda qan su yerinə axdı DƏHŞƏT

İraqın paytaxtı Bağdadın Əl-Hasve qəsəbəsində bomba yüklü 2 nəqliyyat vasitəsinin partladılması nəticəsində 7 nəfər ölüb, 23 nəfər ağır yaralanıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayış ətrafdakı 2 maşının və çox sayda obyektin yanmasına səbəb olub.

Bundan başqa ölkənin cənub-şərqindəki Amara şəhərində bomba yüklü 2 nəqliyyat vasitəsinin partladılması nəticəsində 2 nəfər ölüb, 50 nəfər yaralanıb. Yaralılardan bəzilərinin vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir.

Həmçinin Bağdadın şimalındakı Baxibə şəhərinin əs-Sade qəsəbəsində də çayxananın bombalanması nəticəsində 5 nəfər ölüb, 14 nəfər yaralanıb.

Qeyd edək ki, İraq rəsmiləri hələ ki, hadisələrə münasibət bildirməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə