Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan Rusiyaya səfər edəcək. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazirin səfərinin məqsədi dünyanın ən böyük 20 ölkəsinin 5-9 sentyabr tarixində baş tutacaq zirvə toplantısında iştirak etməkdir. Sankt-Peterburq şəhərində keçiriləcək zirvə toplantısında ilkin məlumatlara əsasən, dövlətlərarası məsələlər və iqtisadi mövzular müzakirə edilməlidir. Burada müzakirə olunacaq əsas mövzulardan biri də Suriya məsələsidir.
Toplantı çərçivəsində Ərdoğanın, ABŞ prezidenti Barak Obamanın və Vladimir Putinin ikili görüşləri də nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB