Avropa İttifaqının (AB) Xarici Əlaqələr Şurasının ilk iclasının vaxtı və mövzusu açıqlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, 21 avqustda keçiriləcək və baş nazirlərin iştirak edəcəyi toplantıda müzakirə olunacaq ilk mövzu Misir hadisələri olacaq.
Misir rəsmilərinin sözlərinə görə, 900 insanın həlak olduğu hadisələrdən sonra Aİ diplomatları iclasda hadisəyə veriləcək reaksiyanı müzakirə edəcəklər. İclasın gündəliyində yardım paketlərinin təxirə salınması və ölkənin silahla təchiz olunmasının dayandırılması da var.
Qeyd edək ki, Aİ ötən il Misiri 6,7 milyard dollar həcmində kredit və qrantla təchiz etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB