Pakistanda minlərlə insan Misirə dəstək nümayiş etdirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, paytaxt İslamabadda parlament binası qarşısında toplaşan təxminən 6 min nəfər "Müsəlman Qardaşlar"ının və nəzarətə götürülən ölkənin ilk seçilmiş prezidenti Məhəmməd Mursinin lehinə şüarlar səsləndirib. Nümayişçilər Mursinin dərhal sərbəst buraxılmasını və müxaliflərə qarşı hücumlar təşkil edənlərin cəzalandırılmasını tələb ediblər.
Nümayişin təşkilatçısı Camaat-i İslami lideri Seyyid Münəvvər Həsən aksiyada çıxışı zamanı Türkiyəyə məsələnin BMT Təhlükəsizlik Şurasında müzakirəsi üçün göstərdiyi səylərə görə təşşəkkürünü bildirib.
Bundan başqa, ölkənin liman şəhəri Quruçuda da nümayişlər təşkil edən minlərlə insan da Misirdə baş verənlərə etiraz edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB