Almaniyanın Baş naziri Angela Merkel, Misirdə yaşanan hadisələrdən sonra bu ölkə ilə əlaqələrə yenidən baxılmasının və dəyərləndirilməsinin zəruriliyini vurğulayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Almaniyanın ikinci televiziya kanalı ZDF-yə "yay reportajı" verən Merkel, Misirdə mövcud olan vəziyyətin narahatlıq verici olduğunu qeyd edərək, burada qanın su yerinə axıdılmasının qarşısını almaq üçün əlindən gələn köməkliyi edəcəyini deyib. Onun sözlərinə görə, növbəti həftə AB ölkələrinin xarici işlər nazirləri bir araya gələcək. Baş nazir nəzərdə tutulan yığıncaqda mövzuyla əlaqədar hansı tədbirlərin görüləcəyinin müzakirə olunacağını da qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB