Misirdə inqilab əleyhinə keçirilən nümayişlərdə həbs olunanları Qahirənin şimalındakı Əbu Zabel həbsxanasına aparan polis avtomobillərinə təşkil edilən silahlı hücumda 36 insan həyatını itirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Misirdə həbsxanaya aparıldıqları zaman qaçmağa çalışdığı iddia edilən Mursi tərəfdarı olan 36 nümayişçinin öldürüldüyü bildirilib. Əldə edilən məlumata əsasən öldürülənlər ötən şənbə günü Qahirənin Fəth məscidində həbs edilənlərdir.
Misirin MENA dövlət agentliyinin yaydığı xəbərə görə, şənbə günü ölkədə yaşanan qarşıdurmalarda ümumilikdə 79 adam həyatını itirib. Hökumətdəki qaynaqlardan məlumat alan agentlik, şənbə günü ümumilikdə 549 adamın yaralandığını bildirib.
Qeyd edək ki, son statistikaya görə, Misirdə ötən həftənin çərşənbə günündən bu yana ölənlərin sayı 830-a çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB