Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın dünən Bursada baş tutan açılış mərasimində, Misirdəki zərbə əleyhdarının simvoluna çevrilən "Rabia" işarəsi ilə başladığı çıxış, Ərəb mətbuatında geniş əks-səda doğurub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Rəcəb Tayyib Ərdoğan nitq söylədiyi zaman 4 barmağıyla "Rabia işarəsi"-ni göstərərək, Misirdə baş verən qətliama son verilməsini, buna qəti şəkildə etiraz etdiyini bildirib. Onun ardınca açılış mərasiminə qatılan insanlar da eyni işarəni göstərərək, Misirdə yaşanan xoşagəlməz olaylara qarşı çıxdıqlarını nümayiş etdiriblər.
Qeyd edək ki, Türk futbolçuların növbəti qolu vurduqdan sonra eynilə bu işarəni göstərməsi də ərəb mətbuatında manşet yazılarından birinə çevrilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB