“Əl-Qaidə” liderinin qardaşı həbs olundu

“Əl-Qaidə” liderinin qardaşı həbs olundu

"Əl-Qaidə" liderinin qardaşı Məhəmməd əz-Zəvaziri avqustun 16-da Misirdə həbs olunub. Bu barədə SİA İnterfaks agentliyinə istinadən xəbər verir. O, Qiza əyalətinin nəzarət-keçid məntəqəsindən keçmək istəyərkən saxlanılıb və "Tura" həbsxanasına aparılıb.

Zəvaziri Misirin "İslami cihad" hərəkatının liderlərindən biridir. Məhəmməd Mursi ilə yaxın əlaqələri mövcud olub. Əvvəllər Sinay yarımadasında səhra komandiri kimi fəaliyyət göstərib. Saxlanılan zaman ondan 1 ədəd noutbuk və məzmunu barədə açıqlama verilməyən xeyli sənəd götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə