İranın Qəzvin şəhər şurasına millət vəkili seçilən 27 yaşlı Nina Siahkali Moradi "çox gözəl olduğu" üçün vəzifəsinin icrasına imkan verilməyib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, tələbə olan və yoldaşlarının köməyi ilə təsirli bir kampaniya apararaq on min səs toplayan və seçkilərdə 163 namizəd içərisindən 14-cü olmasına baxmayaraq, Moradi Şurada təmsil olunmaqdan məhrum edilib. Seçkilərdən sonra ehtiyat siyahıda birinci olan Moradi, millət vəkillərinin birinin mandatından imtina edəcəyi təqdirdə, Şurada təmsil olunacaqdı. Ancaq gənc siyasətçi "islami qaydalara" uyğun olmadığı üçün bu hüquqdan məhrum edilib.
İranda bu hadisəyə münasibət birmənalı olmayıb. İngiltərənin "Times" qəzetinə müsahibə verən İranın səlahiyyətli şəxslərindən biri "Şurada podium modeli istəmirik"- deyə, hadisəyə münasibət bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB