Misirdə yaşanan qətliama bütün dünyanın səssiz qalması məşhur Fransız müğənni Nathalie Cardoneyi hiddətləndirdi. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, sözügedən müğənni bu barədə öz rəsmi internet səhifəsində geniş açıqlama verib. O, Misirdəki qanlı müdaxilələri şiddətlə qınayıb: "Papa Francis və digər dünya aktyorları, sizdən artıq dərəcədə xahiş edirəm, o günahsız insanların səsini eşidin. İnanın ki, qatil Sisinin sonu da, Səddam Hüseyn, Qəddafi, Hüsnü Mübarək kimi olacaq. O da layiqli cəzasını alacaq. Ürəyim o günahsız insanlarla birlikdə döyünür. İnsanları, dinc vətəndaşları öldürən istənilən hərbi üsula qarşıyam. Mən, bir fəal deyiləm, lakin "Sülh və Azadlıq" üçün mahnı oxuyan bir anayam. Bu qədər insan itgisini hər dəfə eşidəndə göz yaşlarına boğulur, kədərlənirəm. Allah, Misirdəki və dünyadakı bütün günahsız insanları qorusun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB