Kral Abdullahdan Ərəb və İslam dünyasına ÇAĞIRIŞ

Səudiyyə Ərəbistanı Kralı: “Misirin daxili işlərinə qarışanlar təxribatçıdır”
Kral Abdullahdan Ərəb və İslam dünyasına ÇAĞIRIŞ

"Kim Misirin daxili işlərinə qarışırsa, təxribatçı və fitnəçi onlardır". SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu Səudiyyə Ərəbistanı kralı Abdullah bin Əbdüləziz Al Səud deyib.

Kralın sözlərinə görə, Səudiyyə Ərəbistanı sona qədər terrora qarşı mübarizədə Qahirəni dəstəkləyəcək: "Ərəb və İslam dünyasının tanınmış şəxslərini və şərəfli alimlərini Misirin təhlükəsizliyini sarsıtmağa çalışan hər kəsin qarşısında bir olmağa çağırıram. Baş verən hadisələr qarşısında susqun qalınmamalıdır. Haqsızlıq qarşısında susan hər kəs dilsiz şeytandır.

Kral Abdullah iddia edərək bildirib ki, Misirin daxili işlərinə qarışanlar terroru dəstəkləyənlərdir və Misir Allahın izni ilə müstəqilliyinə qovuşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə