Misirin Daxili İşlər Nazirliyinin təhlükəsizlik qüvvələrinə hücuma məruz qaldıqları təqdirdə qanuni müdafiə çərçivəsində həqiqi güllədən istifadə ilə bağlı təlimat verdiyi bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə nazirlikdən məlumat yayılıb. Məlumata əsasən "Müsəlman Qardaşları"nın təşkil etdiyi terror hücumlarında polis mərkəzlərinin və hökumət binalarının yandırması, xaos mühitinin "qızışdırılması" üçün göstərilən səylər nəzərə alınaraq təhlükəsizlik qüvvələri həqiqi güllələrdən istifadə etməlidir.
Müdafiə qüvvələrinin lazımi qədər silahla təhciz olunduğunu və bundan sonra da bu təhcizatın davam edəcəyini deyən nazirlik hakimiyyətə qarşı çıxanların layiq olduqları cəzaya çatdırılacaqlarını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB