Malidə keçirilən prezident seçkiləri başa çatıb. İyulun 28-də keçirilən birinci turda rəqiblərdən - İbrahim Bubakar Keyta və Soumalia Susse lazımi miqdarda seçici səsi toplaya bilməyiblər. İkinci tur avqustun 11-də keçirilib. Avqustun 14-də növbəti tutun nəticələri rəsmən elan olunub. Bu turda daha çox səs toplayan keçmiş baş nazir İbrahim Bubakar Keyta ölkənin yeni prezidenti seçilib.
Ölkənin ərazi naziri general Musa Sənko Kulibali seçkilərin birinci turunda seçicilərin 49 faizinin, ikinci turda seçicilərin az iştirak etdiyini, 45, 77 faiz seçicinin səs verdiyini, ikinci turun nəticələrinə görə keçmiş baş nazirin rəqibinə nisbətən daha çox səs qazandığını və prezident seçildiyini bəyan edib.
Fransa prezidenti Fransua Olland seçkilərin rəsmi nəticələrini yüksək qiymətləndirib, yeni seçilən malili həmkarını təbrik etmiş və onun ölkənin demokratik yolla inkişafına nail olacağına əminliyini bildirib, ölkəsinin Maliyə hər cür yardım göstərməyə hazır olduğunu diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB