Yaponiyanın benzindoldurma məntəqələrində yay səyahəti dövründə yanacağa tələbatın artması ilə əlaqədar altı həftədir ki, benzinin pərakəndə satış qiyməti dayanmadan bahalaşır.
Neft üzrə informasiya mərkəzinin məlumatına əsasən, avqustun 12-də adi markadan olan benzinin bir litrinin orta satış qiyməti 160 yen (təqribən 1 dollar 63 sent) həddində olub.
Ötən istirahət günlərində sələflərin xatirəsinin anılmasına həsr edilən Bon festivalı ilə əlaqədar əksər yaponların ata-baba yurdlarına avtomobillə səfərə yollanması nəticəsində benzinə tələbat artıb.
İnformasiya mərkəzinin rəsmi nümayəndəsinin bildirdiyinə görə, benzinin pərakəndə satış qiyməti ya bu səviyyədə qalacaq ya da gələn həftədən başlayaraq, xam neftə tələbatın azalması nəticəsində aşağı düşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB