Misirdə 149 nəfər həlak olub, 1400-dən çox adam yaralanıb

Misirdə 149 nəfər həlak olub, 1400-dən çox adam yaralanıb

Misir Səhiyyə Nazirliyinin dəqiq rəsmi məlumatına görə, hakimiyyətdən kənarlaşdırılmış prezident M.Mürsi tərəfdarlarının nümayişinin dağıdılması nəticəsində 149 nəfər həlak olub, 1400-dən çox adam yaralanıb.

Misirin bütün ərazisində bir ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq olunub. Misirin müvəqqəti prezidenti Adli Mansurun bu gün imzaladığı müvafiq sərəncam artıq qüvvəyə minib.

Sənəddə qeyd edilir ki, ekstremist qrupların və təşkilatların üzvlərinin qərəzli sabotaj aktları, dövlət müəssisələrinə və özəl müəssisələrə hücum faktları ilə, habelə vətəndaşların həlak olması ilə əlaqədar Misirin silahlı qüvvələri və polisi ölkədə təhlükəsizliyin, asayişin qorunması, dövlət mülkiyyətinin və xüsusi mülkiyyətin mühafizəsinin təmin edilməsi və vətəndaşların həyatının qorunması sahəsində hər cür lazımi tədbirlər görməlidirlər.

Bununla belə Misirin vitse-prezidenti, MAQATE-nin keçmiş başçısı Məhəmməd Əl-Baradei istefa verib.

Bütün xəbərlər Facebook səhifəmizdə