Fidel Kastronun 87 yaşı tamam olur

Fidel Kastronun 87 yaşı tamam olur

Kuba inqilabının lideri Fidel Kastronun bu gün 87 yaşı tamam olur. SİA-nın İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, bu məqsədlə dövlət səviyyəsində geniş tədbirlər planı hazırlanıb. Elə bu gün M. Qoniç adına Milli mahnı mərkəzində geniş konsert planı təşkil olunacaq. "Kuba" pavilyonunda Kastroya həsr olunmuş "Fidel Kastro-ideyalar əsgəri. Texnologiyalar və kütləvi kommunikasiyalar" kitabının təqdimat mərasimi keçiriləcək. Bundan əlavə ALBA mədəniyyət sarayında "Biz Fideli tanıyırıq" adlı fotosərgi açılacaq. Sərgidə tanınmış ustalar-Osvaldo Salas, Liborio Noval, Aleks Kastro və başqalarının əl işləri təqdim olunacaq.

Kuba KİV-nin bildirdiyinə görə, Kastro heç vaxt təmtəraqlı yubileylər keçirilməsinin tərəfdarı olmayıb və yəqin ki, bu dəfə də belə tədbirlərdə iştirak etməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə