Çexiya hökuməti tam tərkibdə istefaya göndərildi

Çexiya hökuməti tam tərkibdə istefaya göndərildi

Çexiya prezidenti Miloş Zeman avqustun 13 -də hökumətin istefasını qəbul edib. SİA-nın İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, istefaya ölkə parlamentinin hökumətə etimad göstərməməsinin səbəb olduğu bildirilir. Bu barədə Çexiya KİV-i məlumat verib.

Səsvermə zamanı hökumətin lehinə 93, əleyhinə isə 100 deputat səs verib. Hökumət üzvləri növbədənkənar parlament seçkiləri keçirilənə qədər öz vəzifələrini icra edəcəklər.

Qeyd edək ki, hökumət başçısı 52 yaşlı İrji Rusnok həmin vəzifəyə bu ilin iyununda təyin olunub. O, 2001-2003-cü illərdə ölkənin maliyyə və sənaye naziri işləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə