Aeroport bağlandı

Pekinin "Şoudu" hava limanı Çində davam edən əlverişsiz hava şəraiti səbəbindən müvəqqəti olaraq bağlanıb. SİA– nın verdiyi xəbərə görə, "Eyr Çayna" sərnişindaşıma şirkəti 100-dən çox reysini təxirə salmağa məcbur olub. Çinin mərkəzi televiziyasının məlumatına görə, ildırım vurması nəticəsində hava limanının texniki əməkdaşlarından biri ölüb. Sinoptiklər əlverişsiz hava şəraitinin bir müddət davam edəcəyini bildirir. Aeroport rəhbərliyi uçuş cədvəlinə edilən dəyişikliklər barədə mütamadi olaraq sərnişinləri məlumatlandırır.

Qeyd edək ki, Şoudu aeroportu 1958-ci ildə istifadəyə verilib. İllik sərnişindaşıma qabiliyyəti 82 milyon nəfərdir. Hazırda dünyanın 90-a yaxın aviaşirkəti aeroportun xidmətindən istifadə edir. Buradan 127 ölkədaxili və 109 xarici ölkəyə reyslər həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə