İraqda Ramazan bayramının qeyd olunduğu günlərdə təkcə bombalı hücumlarda 74 nəfər ölüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, son illərdə İraqda ən qanlı bayram kimi tarixə düşən cari ilin Ramazan bayramında ölkədə 16 bomba yüklü nəqliyyat vasitəsi partladılıb. Ümumilikdə isə Ramazan bayramının qeyd olunduğu günlərdə yaşanan qarşıdurlmalarda və dinc insanlara qarşı edilən hücumlarda 800 nəfər ölüb.
Qeyd edək ki, hazırda iraqlılar hökuməti 320 nəfərin yaralandığı hücumların qarşısının alınmamasında günahlandırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB