Çində güclü zəlzələ olub

Çinin Tibet Muxtar Vilayətində 6,1 bal gücündə zəlzələ olub. SİA xəbər verir ki, Çinin "Şinhua" agentliyi zəlzələnin yerli vaxtla 05:23-də baş verdiyi barədə məlumat yayıb. Məlumata əsasən, təkanlar zəlzələnin episentrindən 10 kilometr ətrafa yayılıb.

İlkin məlumatlara görə, zəlzələ nəticəsində ölənlər və yaralananlar olmayıb. Dağıntılar barədə hələ ki, məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə