İranın yeni vitse-prezidentləri

İranın yeni vitse-prezidentləri

İran Prezidenti Həsən Ruhani ölkənin iki vitse-prezidentini təyin edib. SİA-nın xəbərinə görə, bu barədə "Fars News" agentliyi məlumat yayıb. Məhəmməd Bağır Nöbəxt İranın planlaşdırma və strateji nəzarət üzrə vitse-prezidenti, Elham Aminzadə isə ölkənin hüquqi məsələlər üzrə vitse-prezidenti təyin edilib.

Nöbəxt İranın Mötədillik və İnkişaf Partiyasının Baş katibidir. Aminzadə Ruhani hökumətində vəzifəyə təyin olunan ilk qadındır. Aminzadə İran Parlamentinin yeddinci çağırışında Milli təhlükəsizlik və xarici siyasət üzrə komitəsinin üzvü olub.

Bütün xəbərlər Facebook səhifəmizdə