Devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarları etiraz aksiyaları keçiriblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, aksiyaçılar Mursini dəstəkləyən şüarlar səsləndiriblər. "Rəbiə əl-Ədəviyyə" məscidi yaxınlığındakı meydana toplaşan etirazçılar Misir ordusu əleyhinə müxtəlif şüarlar səsləndirərək, Məhəmməd Mursinin vəzifəsinə geri dönməli olduğunu bəyan edib. Ölkə rəhbərliyinin etirazçıları meydanları tərk etməyə çağırmasına baxmayaraq, tərəfdarların sayı getdikcə çoxalmağa başlayıb. Ədəviyyə meydanında on minlərlə insan səhər saatlarınadək aksiyada iştirak edərək orduya etirazlarını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB