Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) dayaq məntəqələrindən birinin qarşısında partlayış baş verib. SİA-nın "Yazete.com"a istinadən verdiyi xəbərə görə, hadisə İstanbul şəhəri Kartal rayonu Cevizli məhəlləsi AKP dayaq məntəqəsinin qarşısında baş verib. Hadisə nəticəsində xəsarət alan olmasa da, gecə baş vermiş partlayışın səsi məhəllədə təşvişə səbəb olub. Yaxınlıqda olan bəzi evlərin və iş yerlərinin pəncərələrinin şüşələri sınıb.
Hadisə ilə bağlı yerli sakinlər bildirib ki, yaxınlıqda təhlükəsizlik kamerası olmadığından, eyni yerdə analoji hadisə tez-tez baş verir.
Faktla bağlı istintaq başladılıb, araşdırmalar davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB