İsrailin baş naziri Benyamin Netanyahu qarın nahiyəsində kəskin ağrılar səbəbindən Qüdsdəki xəstəxanaların birinə yerləşdirilib. SİA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, baş nazirin müayinəsindən sonra onun əməliyyat olunması qərara alınıb. Bir saatlıq əməliyyatın yerli (lokal) narkoz altında aparılması planlaşdırılır. Baş nazir xəstəxanada olduğu müddət ərzində onun səlahiyyətlərini müvəqqəti olaraq müdafiə naziri Moşe Yaalon icra edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB