Ramazan Bayramında da Əfqanıstanda terror hadisələrinin ardı-arası kəsilməyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ölkənin Farah vilayətində baş verən partlayışda bir ailənin 5 üzvü ölüb.
Farah Təhlükəsizlik İdarəsinin rəsmisi Əhməd Fəvad Hərbi hadisənin Bekva qəsəbəsində yol kənarında yerləşdirilmiş bombanın partlaması nəticəsində baş verdiyini deyib.
Rəsminin sözlərinə görə, ailə qohumları ilə bayramlaşmaq üçün vilayətin mərkəzinə doğru gedərkən bomba partladılıb. Ölənlərdən ikisinin 8-10 yaşlı uşaq olduğu bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB