Amerikanın cənubunda yerləşən Kaliforniya ştatında baş vermiş meşə yanğınları nəticəsində 1500 nəfər evakuasiya olunub. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, 1 nəfər yerli sakin və 2 nəfər yanğınsöndürən xəsarət alıb. Yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, yanğın 24 min kvadrat kilometr sahəni əhatə edib. Hadisə nəticəsində 15 ev tamamilə yanıb, yüzlərlə ev təhlükə altındadır. Yanğının söndürülməsinə 1000 nəfərə yaxın canlı qüvvə, 13 vertolyot və 6 təyyarə cəlb olunub.
Qeyd edək ki, yanğın avqustun 7 - də baş verib və 3 saat ərzində 10 kvadrat kilometr əraziyə yayılıb. Sinoptiklərin verdiyi xəbərə görə, yanğının belə böyük sürətlə yayılmasına səbəb havaların isti keçməsi və güclü külək olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB