Pakistanda növbəti terror aktı törədilib

Pakistanda növbəti terror aktı törədilib

Pakistanın Bəlucistan əyalətinin paytaxtı Kvetta şəhərində terror aktı törədilib. Sia -nın İtar – Tass agentliyinə istinadən verdiyi xəbərə görə, şəhər məscidinin yaxınlığında yerləşən qəbristanlıqda keçirilən dəfn mərasimi zamanı terrorçu - kamikadze üzərinə bağladığı partlayıcı qurğunu işə saldıqdan sonra yaranan güclü partlayış nəticəsində 38 nəfər ölüb, 50 nəfər yaralanıb. Ölənlərin əksəriyyəti polis işçiləridir. Hələlik törədilmiş terror aktına görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə