Cənubi Koreyada xəttə ilk simsiz elektroavtobuslar buraxılıb yenilik
"OLEV" simsiz enerjitoplama sistemi ilə təchiz edilmiş ilk iki elektroavtobus Cənubi Koreyanın Kumi şəhərinin nəqliyyat xəttinə buraxılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, avtobuslar Koreya Respublikasının aparıcı "KAIST" Elmi-Texniki İnstitutu tərəfindən hazırlanıb.
Adi elektromobillərlə müqayisədə "OLEV" elektroavtobuslarının üstünlüyü simsiz enerjitoplama imkanına malik olması, tutumlu və bahalı batareyaya ehtiyac duymamasındadır. Enerjinin ötürülməsi yolda quraşdırılan çarxın induksiyası sayəsində həyata keçirilir. Sistem asfalt və maşın altı arasında 17-20 santimetrlik məsafənin olmasını tələb edir. Enerjinin ötürülmə səmərəliliyi tərtibatçılar tərəfindən 85 faiz qiymətləndirilir, ən yüksək həddi isə 100 kilovolt təşkil edir.
Bu sistemlə təchiz edilmiş avtobuslar enerjini dayanacaqlarda və hətta hərəkət edən zaman doldura bilər. Bunun üçün marşrut üzrə yolun yalnız 5-15 faizinin modernləşdirilməsi tələb olunur, qalan hissə isə olduğu kimi qalır. 2 avtobus Kumi şəhərində dəmir yolu stansiyasından keçən 24 kilometrlik marşrut üzrə hərəkət edəcək.
Kumidə simsiz elektroavtobusların buraxılması ilə bağlı plan haqqında ilk dəfə 2013-cü ilin fevralında məlum olub. Sınaqlar uğurlu alınsa, "KAIST" 2015-ci ilədək 10 belə maşını marşruta buraxmağı planlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB