Suriyada daha bir qanlı gecə yaşanıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Əsəd ordusunun müxaliflərə qarşı təşkil etdiyi hücumlarda 115 nəfər ölüb. Bu barədə məlumat yayan Suriya İnsan Haqqları Təşkilatı (SNHR) ötən gecə baş verən hücumlarda Şamda 45, Hələbdə 27, Deyruz Zorda 17, İdlib və Humusda 16, Dera şəhərində 4, Həma və Lazkiye 6 nəfər olmaqla, 115 nəfərin həlak olduğunu diqqətə çatdırıb.
Bundan başqa, Azad Suriya Ordusunun paytaxt Şamda hərbi texnikanı yararsız vəziyyətə gətirdiyini deyən Suriya Yerli Koordinasiya Komitəsi şəhərin Bərzi qəsəbəsində qarşıdurma yaşandığını və orduya məxsus döyüş təyyarələrinin bölgəni bombaladığını qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB